Azərbaycanda çıxış etmiş daha bir futbolçu Vaqner da Silva Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində Gəncədə baş verən hadisəyə münasibət bildirib.
 
Matc.az xəbər verir ki, "Qarabağ"ın sabiq qapıçısı erməni terrorunu pisləyən paylaşım edib.
 
2018-2020-ci illərdə Ağdam klubunun formasını geyinmiş braziliyalı qolkiper "İnstaqram" səhifəsi vasitəsilə "Gəncə üçün dua et" haştaqlı şəkli paylaşıb və ölənlərin ailələrinə başsağlığı verib.
 
Qeyd edək ki, oktyabrın 11-də Ermənistan ordusunun Gəncədə yaşayış ərazisini raket atəşinə tutması nəticəsində 10 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest