İspaniya milli komandası UEFA Millətlər Liqasının 4-cü turunda səfərdə Ukraynaya məğlub olub – 0:1.
 
Matc.az xəbər verir ki, sözügedən qarşılaşma ispanlar üçün antirekordla yadda qalıb.
 
Belə ki, İspaniya yığması ardıcıl 5 səfər oyunudur ki, qələbə qazana bilmir. Bu, millinin son 27 ildəki ən pis göstəricisidir.
 
İspaniya yığması bundan əvvəl 1990-1993-cü illər aralığında ardıcıl 7 səfər oyununda qələbə qazana bilməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest