İtaliyanın "Yuventus" klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.
 
Matc.az xəbər verir ki, testlər nəticəsində yarımmüdafiəçi Ueston Makkennidə koronavirus aşkarlanıb.
 
Bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçunun testi müsbət nəticələndiyi üçün bütün komanda karantinə alınıb. Müqavilə ilə Almaniya "Şalke"sinə məxsus olan Ueston Makkenni icarə əsasında "Yuventus"da çıxış edir.
 
Xatırladaq ki, ötən gün "Yuventus"un ulduz futbolçusu Kriştiano Ronaldoda da koronavirus aşkarlandığı açıqlanmışdı. Portuqaliya millisinin düşərgəsində olan futbolçu bu gün xüsusi təyyarə ilə Turinə gəlib və karantinə alınıb. Ronaldonun yığmadakı komanda yoldaşlarından Joze Fonte ilə Entoni Lopesdə də koronavirus aşkarlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest