Futbol üzrə Qana yığmasının və "Beşiktaş"ın yarımmüdafiəçisi Bernard Mensah koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, Qana yığmasının düşərgəsindən dönən 25 yaşlı futbolçudan götürülən analiz müsbət nəticə verib. Bu üzdən də o, dərhal karantinə alınıb.
 
Qeyd edək ki, Mensah bu yay "Kayserispor"dan "Beşiktaş"a gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest