"Vilyarreal" barədə çox danışmağa ehtiyac yoxdur. İspaniyanın önəmli klublarından biridir. "Makkabi" illərdir avrokuboklarda çıxış edir, təcrübəli komandadır"

"Avrokubok karyeram həmişə yaxşı keçib. Həm ölkəmiz və "Sivasspor" üçün mübarizə aparacağıq".

Matc.az xəbər verir ki, bu sözləri "Sivasspor"un baş məşqçisi Rza çalımbay "Fotomaç" nəşrinə müsahibəsində deyib. 57 yaşlı çalışdırıcı komandasının Avropa Liqası qrup mərhələsindəki şanslarını dəyərləndirib:

 "Vilyarreal" barədə çox danışmağa ehtiyac yoxdur. İspaniyanın önəmli klublarından biridir. "Makkabi" illərdir avrokuboklarda çıxış edir, təcrübəli komandadır. "Qarabağ" isə ölkəsinin ən yaxşı klublarındandır. Onlarla iki oyunun heç biri asan keçməyəcək. Ancaq yaxşı futbolçularımız var, heyətimə güvənirəm. İlk görüş səfərdə "Vilyarreal"a qarşı olacaq. Sonra isə evdə "Makkabi" və "Qarabağ"la oynayacağıq. Əgər bu iki qarşılaşmadan qalib ayrılsaq, qrupdan çıxmaq üçün şanslarımızı artırarıq".

Qeyd edək ki, "Sivasspor" Ağdam təmsilçisi ilə noyabrın 5-də evdə, 26-da isə Bakıda görüşəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest