Futbol üzrə Ermənistan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində qarşılaşdığı Estoniya ilə səfər matçı öncəsi karantin qaydalarını pozub.
 
Matc.az "Soccernet"ə istinadən xəbər verir ki, oyun günü millinin nümayəndələrindən birində koronvirus aşkarlanıb.
 
Buna baxmayaraq, komanda üzvləri təcrid qaydalarına əməl etməyərək, Tallində fəaliyyət göstərən erməni kilsəsini ziyarət edib, həmçinin paytaxtda fəaliyyət göstərən "Ararat" klubunun oyunçuları və onların valideynləri ilə görüşüblər. Yoluxma faktına görə, Ermənistan yığmasının oyun öncəsi mətbuat konfransı təxirə salınsa da, UEFA görüşün keçirilməsinə icazə verib.
 
Qeyd edək ki, Estoniya - Ermənistan qarşılaşması 1:1 hesabıyla başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest