Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları bu həftə keçiriləcək. "Zirə" "Sumqayıt"la üz-üzə gələcək.
 
Matc.az Bakı klubunun "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, çempionatın lideri olan "qartallar" səfər matçına çıxacaq. Oktyabrın 18-də keçiriləcək oyun iki rəqib arasında 20-ci qarşılaşma olacaq.
 
İndiyədək "Zirə" Premyer Liqada 19 dəfə "Sumqayıt"la üz-üzə gəlib. Böyük üstünlüyə malik olan komanda 10 qələbə qazanıb və 4 heç-heçə edib. 5 dəfə uduzan "qartallar" top fərqində də öndədir. Rəqib qapısına 26 qol vuran komanda 17 top buraxıb. Səfərdə keçirilən 10 görüşdə 4 dəfə qalib olan "Zirə" rəqib meydanında eyni sayda məğlubiyyət alıb. 2 dəfə sülhlə ayrılan rəqiblərin matçlarında 10 qol vuran "qartallar" 9 top buraxıb.
 
Qeyd edək ki, oktyabrın 18-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Zirə" matçı saat 16:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest