Ukraynanın "Aleksandriya" klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçib.
 
Matc.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi komandada son 2 gündə koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə 27 nəfərdə infeksiya aşkarlandığı diqqətə çatdırılıb. Onlardan 15-i evlərində karantinə alınıb, 11-i ailə həkiminin nəzarəti altında, 1-i isə xəstəxanada müalicə alır. 
 
Koronavirusa yoluxan bütün futbolçuların temperaturunun normal olduğu, onlarda simptomların müşahidə olunmadığı bildirilir.
 
Qeyd edək ki, "Aleksandriya" oktyabrın 18-də Ukrayna Premyer Liqasının 6-cı turu çərçivəsində "İnqulets" klubu ilə qarşılaşmalıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest