İspaniyanın "Real" klubunun kapitanı Serxio Ramos yeni müqavilə imzalamağa hazırlaşır.
 
Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Bildirilir ki, "kral klubu" 34 yaşlı futbolçunun müqaviləsini bir illik uzatmağı təklif edib. Lakin tərəflər arasında 1+1 illik müqavilə imzalanması istisna olunmur. Yeni müqavilə ilə futbolçunun məvacibinin azaldılması da gözlənilir.
 
2005-ci ildən "Real"da çıxış edən ispan futbolçunun klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.
 
"Real"ın digər təcrübəli futbolçusu Luka Modriçə də bir illik müqavilə təklif etdiyi bildirilir. Amma Xorvatiya yığmasının yarımmüdafiəçisi hələ yekun qərarını verməyib. 35 yaşlı futbolçunun Madrid klubu ilə mövcud müqaviləsi 2021-ci ilin 30 iyununa qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest