Türkiyənin "Kayserispor" klubu növbəti dəfə koronavirus testindən keçirilib.
 
Matc.az xəbər verir ki, Super Liqanın 5-ci turu çərçivəsində baş tutacaq "Sivasspor"la oyundan öncə götürülmüş analizlər bir futbolçunun koronavirusa yoluxduğunu üzə çıxarıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Həmin futbolçunun adı açıqlanmasa da, onun karantinə alındığı və nəzarətə götürüldüyü bildirilir.
 
Xatırladaq ki, bir neçə gün öncə "Kayserispor"un daha bir futbolçusunda koronavirus aşkarlanmışdı. Virusa yoluxmuş oyunçular böyük ehtimalla "Sivasspor"la oyunda iştirak edə bilməyəcək.
 
Qeyd edək ki, "Kayserispor" – "Sivasspor" oyunu oktyabrın 17-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest