Futbol üzrə Türkiyə yığmasının sabiq yarımmüdafiəçisi Kolin Kazım Riçardsın yeni iş yeri müəyyənləşib.
 
Matc.az xəbər verir ki, o, bundan sonra İngiltərənin "Derbi Kaunti" klubunun uğurları üçün çalışacaq.
 
Bu barədə çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
 
Kolin Kazım Türkiyədə "Fənərbaxça", "Qalatasaray", "Bursaspor", Niderlandda "Feyenoord", Şotlandiyada "Seltik", İngiltərədə "Şeffild Yunayted", "Blekbern Rovers", Braziliyada "Koritiba", "Korintians" kimi klublarda çıxış edib. 34 yaşlı futbolçu son olaraq Meksikanın "Paçuka" klubunun uğurları üçün çalışırdı. O, Türkiyə yığmasında 37 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest