Bildirilir ki, UEFA turnirə ev sahibliyi edəcək ölkələrin siyahısını azaltmaq niyyətindədir. Siyahıdan çıxarılacağı iddia edilən şəhərlərin içərisində Bakının da adı var.

Koronavirus səbəbindən gələn ilə təxirə salınan AVRO 2020-nin formatı dəyişdirilə bilər. Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Bildirilir ki, UEFA turnirə ev sahibliyi edəcək ölkələrin siyahısını azaltmaq niyyətindədir. Siyahıdan çıxarılacağı iddia edilən şəhərlərin içərisində Bakının da adı var. Avropada koronavirus pandemiyasının ikinci dalğası yaşandığı üçün ali futbol qrumunun çempionatı bir ölkədə də keçirə biləcəyi vurğulanıb.

Xatırladaq ki, AVRO-2020 paytaxtımız da daxil 12 şəhərdə baş tutmalıdır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest