"Valensiya" ciddi itki ilə üzləşib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Qonsalo Qedeş sıradan çıxıb.

çempionlar Liqasının qrup mərhələsinin son turunda "Mançester Yunayted"lə oyunu buraxan Portuqaliya millisinin üzvü cərrahiyyə əməliyyatı keçirəcək. Həkimlər onun təxminən 1,5-2 ay müddətinə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Qeyd edək ki, "Valensiya" Qedeşi bu yay 40 milyon avroya PSJ-dən transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest