"Arsenal"ın unudulmaz futbolçularından olan Rober Pires "Barselona"dakı həmyerlisi Usman Dembeleni tərifləyib. Matç.az saytının "Mundo Deportivo"ya istinadən məlumatına görə, 45 yaşlı mütəxəssis Dembelenin yerinə PSJ-nin hücumçusu Neymarın transfer edilməsinin əleyhinədi.

Dünya və Avropa çempionu bu müqayisədə həmyerlisinə üstünlük verir: "Dembeleni çox bəyənirəm. Biz daim Messidən danışırıq. Ancaq bu oğlan da çox yaxşıdı. Bizim uşaqlıqdakı hərəkətlərimizin hamısını o meydanda edir. Usman intizamı sərtləşdirməlidi, ancaq nəzərə alaq ki, hələ gəncdi. O, "Barselona"nın çempionlar Liqasını və La Liqanı qazanmasına kömək edə biləcək istedada malikdi. Şəxsən mənim seçim imkanım olsa, Dembeleni Neymarla dəyişmərəm. Usmanın cəmi 21 yaşı var, hər iki ayaqla oynayır və topu möhtəşəm idarə edir. Onun potensialı gördüklərimizdən də böyükdü".

Qeyd edək ki, "Barselona"nın Dembeleni satacağı və yerinə Neymarı qaytaracağı ilə bağlı söz-söhbətlər gəzir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest