Futbol üzrə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Türkiyənin "Sivasspor" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, yarımmüdafiəçi Ərdoğan Yeşilyurt sıradan çıxıb.
 
O, Super Liqanın 5-ci turu çərçivəsində keçirilən "Kayserispor"la oyunda (3:1) topuğundan zədələnib. Onun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu səbəblə o, noyabrın 5-də "Qarabağ"la keçiriləcək oyunu buraxacaq.
 
"Qarabağ" "Sivaspor"a qarşı ilk oyununu noyabrın 5-də səfərdə, ikinci qarşılaşmasını isə noyabrın 26-da evdə keçirəcək. Ağdam təmsilçisi qrupda "Sivasspor"la yanaşı, İspaniyanın "Vilyarreal" və İsrailin "Makkabi" klubları ilə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest