Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Polşanın qadın futbolçulardan ibarət yığmasının bir üzvündə koronavirus aşkarlanıb.
 
Matc.az Polşa Futbol Assosiasiyasına istinadən xəbər verir ki, millinin futbolçusu Katarjina Daleşikin koronavirus testi pozitiv nəticələnib. Bu səbəblə 30 yaşlı yarımmüdafiəçi komandanın təlim-məşq toplanışına qatıla bilməyib.
 
Bundan əlavə, millinin digər üzvü, Almaniyanın "Volfsburq" klubunda çıxış edən Eva Payor zədə səbəbindən heyətdən çıxarılıb. Norveçin "Klepp İL" komandası isə müdafiəçisi Aleksandra Rompienin hazırlıq prosesinə qatılmasına icazə verməyib.
 
Azərbaycan millisi Polşa yığması ilə oktyabrın 23-də, səfərdə qarşılaşacaq. Millimiz digər oyununu üç gün sonra – oktyabrın 27-də çexiyaya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest