İspaniyanın "Atletiko" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubunun hücumçusu Dieqo Kosta sıradan çıxıb.
 
32 yaşlı futbolçu əzələsindən zədə alıb. Onun üç həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Kostanın noyabrda – milli komandaların oyunları ilə bağlı olacaq fasilədən sonra komandaya qoşulması gözlənilir.
 
Kosta İspaniya La Liqasının 6-cı turu çərçivəsində keçirilən "Selta" ilə matçda (2:0) zədələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest