İngiltərənin "Aston Villa" klubu Premyer Liqaya ardıcıl 4 qələbə ilə başlayıb.
 
Matc.az xəbər verir ki, bu, son 90 ildə Birmingem təmsilçisinin rekordudur.
 
"Aston Villa"nın ölkə çempionatına 4 qələbə ilə başlamasına sonuncu dəfə 1930/31 mövsümündə təsadüf olunub. Həmin vaxt birmingemlilər "Mançester Yunayted"i 4:3, "Şeffild Uensdey"i 2:0, "Vest Hem"i 6:1, "Qrimsbi"ni 2:1 hesabı ilə məğlub etmişdi.
 
Qeyd edək ki, 5-ci turda "Lester Siti"yə bir qolla qalib gələn komanda bunadək "Şeffild Yunayted"i 1:0, "Fulhem"i 3:0, "Liverpul"u 7:2 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest