Futbol üzrə Azərbaycan Birinci Divizionunda 3-cü turun "Sabah-2" – "Zaqatala" görüşünün keçiriləcəyi stadion "Bank Respublika Arena"nın ehtiyat meydançasında aparılan qısa müddətli işlərlə bağlı dəyişdirilib.
 
Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
 
Oktyabrın 22-də, saat 15:00-da start götürəcək qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest