Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"ı üstələyən (1:0) "Arsenal" məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu mövsüm Unay Emerinin rəhbərliyi altında ardıcıl 22-ci oyundu uduzmayan "topçular" rekorda bir addım da yaxınlaşıb.

Emeri bununla Corc Qremin göstəricisini təkrarlayıb. Qremin rəhbərliyi altında komanda 1986-87 mövsümündə 22 görüşdə uduzmamışdı.

"Kanonirlər" daha 6 qarşılaşmada məğlub olmasa, Emeri sələfi Arsen Vengerə məxsus rekordu təkrarlayacaq. Vengerli "Arsenal" 2007-ci ildə ardıcıl 28 oyunda rəqiblərinə yenilməmişdi ki, bu, klub rekordudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest