"Barselona"nın müdafiəçisi Xordi Alba "çelsi"nin hücumçusu Alvaro Moratanın Kataloniya klubuna mümkün transferini müzakirə edib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Alba İspaniya millisindəki komanda yoldaşını klubunda görməkdən məmnunluq duyacağını söyləyib.

O, bu keçidin reallaşmasını arzuladığını gizlətməyib: "Morata yüksək qiymətləndirdiyim futbolçudu. Artıq neçə ildi ki, yüksək səviyyədə çıxış edir. Hər halda istənilən futbolçu haqda qərarı rəhbərlik verir. Əgər deyilənlər doğrudusa, digərləri kimi, onu da məmnuniyyətlə qəbul etməyə hazırıq".

Qeyd edək ki, "Barselona" qış fasiləsində Alvaro Moratanı 6 aylıq icarəyə götürməyi planlaşdırır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest