İngiltərə çempionu "Liverpul" futbolçusu Fabinyonun müqaviləsinin müddətini artırmağa hazırlaşır.
 
Matc.az xəbər verir ki, Mersisayd təmsilçisi artıq 27 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayıb.
 
Bu barədə ESPN məlumat yayıb. Braziliyalı futbolçunun yaxın zamanda yeni sözləşmə imzalaması gözlənilir.
 
Fabinyonun "Liverpul"la mövcud müqaviləsi 2023-cü ilin yayına qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest