Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə "Böyük Dəbilqə" turniri başa çatıb. Matc.az xəbər verir ki, Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən nüfuzlu yarışın son günündə Azərbaycan millisisinin üzvü  Məmmədəli Mehdiyev bürünc medal qazanıb.
 
90 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda qarşılaşmada Niderland nümayəndəsi Noel Van Endi məğlub edib.
 
Bu gün Budapeştdə Rüfət İsmayılov, Elmar Qasımov, Zelim Kotsoyev, Camal Feyziyev və Uşangi Kokauri də tatami üzərinə çıxıblar. Lakin cüdoçularımız ilkin mərhələlərdə uduzaraq, medalsız qalıblar.
 
Xatırladaq ki, 61 ölkədən 409 cüdoçunun mübarizə apardığı mötəbər yarışın əvvəlki günlərində milli komandamızdan Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərov (66 kq) bürünc medal qazanıblar.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest