17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda təlim-məşq toplanışı başlayıb. Matç.az saytı xəbər verir ki, hazırlıq mərhələsinə 22 futbolçu dəvət edilib.

Oktyabrın 20-dək davam edəcək toplanışa ölkə xaricində çıxış edən 4 oyunçu qatılıb.

U-17-nin heyəti: Vüsal Şabanov, Nemət Şıxamirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Nazim Həsənzadə, Veysəl Rzayev, Rauf Məhərrəmov (hamısı "Qəbələ"), Şirin Şirinov, Fərid Muxtarov, İbrahim Novruzov, Samir Abdullayev (hamısı "Keşlə"), Fərid Yusifli, Valeh Qəhrəmanlı, Emil Quluzadə, Ramin Tağıyev (hamısı "Neftçi"), Cavidan Abbaszadə ("Sumqayıt"), Musa Qurbanlı ("Qarabağ"), Nemət Musayev ("Sabah"), Rüstəm Samiqullin ("Stroqino", Rusiya), Eldar Tağızadə ("Neurofutbol", İspaniya), Emil Bayramov ("Obolon", Ukrayna), Camal Cəfərov ("Anji", Rusiya).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest