Futbol üzrə Türkiyə 1-ci liqasında 8-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi "Boluspor" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Bursaspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.
 
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
8 turdan sonra hesabında 3 xal olan "Boluspor" 18 kollektiv arasında 17-cidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest