Futbol üzrə Fransa çempionatında 9-cu tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. 
 
Turun açılış matçında "Renn" doğma meydanda "Brest"i qəbul edib və əzmkar qələbəyə sevinib. Lider PSJ isə "Nant" səfərindən darmadağınla qalib ayrılıb.
 
9-cu turun "Olimpik" (Marsel) – "Lans" matçı təxirə salınıb.
 
Fransa Liqa 1
9-cu tur
31 oktyabr
 
Renn – Brest 2:1
Qol: Da Silva, 66. Aqerd, 70 – Honorat, 57.
 
Nant – PSJ 0:3
Qol: A.Herrera, 47. Mbappe, 65. Sarabia, 88.
 
1 noyabr
 
16:00 Sent-Etyen – Monpelye
18:00 Anje – Nitsa
18:00 Dijon – Loryan
18:00 Nim – Mets
18:00 Reyms – Strasburq
20:00 Monako – Bordo
00:00 Lill – Olimpik (Lion)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest