"Real" baş məşqçisi Xulen Lopeteqi ilə yollarını ayırmağa hazırlaşır. Matç.az saytının AS nəşrinə istinadən məlumatına görə, "kral klubu" artıq yeni çalışdırıcı axtarışına başlayıb.

La Liqanın geridə qalan turunda "Alaves"ə (0:1) məğlubiyyətdən sonra klub prezidenti Florentino Peres bununla bağlı rəhbərliklə iclas keçirib. Lopeteqinin taleyi oktyabrın 28-də baş tutacaq "El Klasiko"da bəlli olacaq. Komanda həmin gün "Barselona"ya məğlub olarsa, madridlilər təcrübəli mütəxəssisi postundan qovacaq.

Onun yerinə iki namizəd də bəllidi. Bunlar "Real"ın ikinci komandası olan "Kastilya"nın çalışdırıcısı Santyaqo Solari və "çelsi"dən göndərilən Antonio Kontedi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest