Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti oyununa çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Ural"la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
 
"Ufa" 13 oyuna topladığı 6 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest