Almaniyanın "Bavariya" klubu futbolçusu David Alabaya yeni müqavilə təklifini geri çəkib.
 
Matc.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçuyla şərtlərdə razılaşa bilməyən klub, müzakirələri dayandırmağı qərara alıb. Bu barədə klubun prezidenti Herbert Hayner məlumat verib:
 
"Biz ona çox yaxşı şərtlərlə müqavilə təklif etdik. Son görüşdə futbolçunun menecerinə oktyabrın sonuna qədər cavab istədiyimizi dedik, ancaq qərarı bildirmədilər. Bundan sonra təklifi tamamilə geri çəkməyə qərar verdik".
 
Alabanın müqaviləsi mövsümün sonunda başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest