Futbol üzrə İsrail çempionatında 4-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqiblərindən olan "Makkabi" (Təl-Əviv) də növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə Hayfa "Makkabi"si ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matç bərabərliklə başa çatıb – 2:2.
 
Bu mövsüm ölkə çempionatında qələbəyə həsrət olan "Makkabi" bu nəticədən sonra 3 xalla 14 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
 
Xatırladaq ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə məhz "Makkabi" ilə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub. Bu komandalar arasındakı ikinci görüş dekabrın 3-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest