Argentinanın "Ximnasiya" klubunun baş məşqçisi Dieqo Maradona xəstəxanaya yerləşdirilib.

Argentinanın "Ximnasiya" klubunun baş məşqçisi Dieqo Maradona xəstəxanaya yerləşdirilib. Matc.az xəbər verir ki, 60 yaşlı mütəxəssis özünü yaxşı hiss etmədiyi üçün  La Plata şəhərindəki özəl xəstəxanaya aparılıb.
 
Koronavirus testindən keçirilən məşqçinin analizləri mənfi nəticə verməyib. Maradonanın həkimi Leopoldo Luke yerli mətbuata açıqlamasında bunları söyləyib: "Bir həftədir kefi yox idi. İştahası yoxdur. Müayinələr nəticəsində necə müalicə aparılacağını dəqiqləşdirəcəyik".
 
Maradona sonuncu dəfə oktyabrın 30-da "Ximnasiya"nın "Patronato"nu 3:0 hesabı ilə yendiyi çempionat matçında ictimaiyyət qarşısına çıxıb. Bu qələbə əfsanəvi futbolçunun 60 illik yubileyinə təsadüf edib. O, oyundan öncə xatirə lövhəsi alıb, amma özünü piss hiss etdiyini deyərək qarşılaşmanı sonadək izləməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest