Futbol üzrə Uels millisinin baş məşqçisi, "Mançester Yunayted"in sabiq oyunçusu Rayan Giqqz həbs olunub.
 
Matc.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis sevgilisi Keyt Qrevilli döyməkdə şübhəli bilinir.
 
Sözügedən xanımın yüngül xəsarət aldığı və xəstəxanaya yerləşdirilməkdən imtina etdiyi bildirilib. Giqqz isə polis bölməsində bir neçə saat keçirib. O, istintaq başlayanadək sərbəst buraxılıb.
 
Qeyd edək ki, Giqqz 2018-ci ildən Uels millisini çalışdırır. O,  futbolçu karyerası ərzində 1990-2014-cü illərdə "Mançester Yunayted"də çıxış edib.
 
Xatırladaq ki, Rayan Giqqz daha öncə də oxşar qalmaqalları ilə gündəmə gəlib. Onun 2011-ci ildə qardaşı Rodrinin həyat yoldaşı ilə sevgili olduğu üzə çıxmışdı. 2017-ci ildə o, həyat yoldaşı Steysidən boşanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest