Fransa çempionu PSJ UEFA çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində qarşılaşacağı "Leyptsiq"lə (Almaniya) matça ciddi itkilərlə çıxacaq.
 
Matc.az xəbər verir ki, Neymar və Kilian Mbappe Paris təmsilçisinin səfər oyununda iştirak edə bilməyəcək.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu zədə səbəbindən "Leyptsiq"lə oyunu buraxacaq.
 
Bundan başqa, Marko Verratti, Yulian Draksler və Mauro İkardi də sözügedən qarşılaşmada iştirak edə bilməyəcək.
 
Sabah keçiriləcək "Leyptsiq" – PSJ matçına Bakı vaxtı ilə saat 24:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest