"Çempionat matçında olduğu kimi, bu gün də qol vəziyyətlərimiz oldu. Sadəcə, bir qədər dəqiqlik çatmadı. Bəzi epizodlarda isə rəqibin qapıçısı imkan vermədi"

"Bu gün oyunumuz alınmadı və nəticədə uduzduq". Matç.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sumqayıt"ı qəbul edən paytaxt təmsilçisi 0:2 hesabı ilə yenilərək, yarımfinal şansını çətinə salıb.

Oyunsonrası mətbuat konfransında italiyalı mütəxəssisin məğlubiyyət şərhi belə olub: "çalışırıq öz oyunumuzu quraq. Rəqib də bizi əks-hücumda tutmağa çalışdı. Penaltini də əks-hücumda qazandılar. İkinci qol bizi "sındırdı". Bundan sonra işimiz daha da çətinləşdi. Qol epizodlarımız oldu ki, bunlarda düzgün reaksiya verə bilmədik".

- Həm çempionat, həm də kubok matçında "Sumqayıt"a qalib gələ bilmədiniz. "Neftçi" sanki çempionluq ab-havasına tez girib...

- Kubokla çempionat fərqli yarışdı. çempionluq haqda düşünmək axmaqlıq olar. Təkrarçılıq olmasın, kubok tam başqa yarışdı.

- Buna qədər "Neftçi" bütün oyunlarda fərqlənə bilmişdi. "Sumqayıt" nədən istifadə edir ki, bu rəqibin qapısına yol tapa bilmirsiniz?

- çempionat matçında olduğu kimi, bu gün də qol vəziyyətlərimiz oldu. Sadəcə, bir qədər dəqiqlik çatmadı. Bəzi epizodlarda isə rəqibin qapıçısı imkan vermədi.

- 0:2 hesabından sonra yarımfinal şansınızı necə dəyərləndirirsiniz?

- öz meydanımızda uduzduğumuz üçün bizə çətin olacaq. Yenə də cavab görüşündə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest