Türkiyənin "Boluspor" klubunun kollektivi koronavirus testindən keçib.
 
Matc.az xəbər verir ki, testlər nəticəsində 3 futbolçuda və 3 klub işçisində koronavirus aşkarlanıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Koronavirusa yoluxanların adları açıqlanmayıb. Onların hamısı karantinə alınıb.
 
Qeyd edək ki, "Boluspor"da Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayev də forma geyinir. TFF 1-ci liqada geridə qalan 8 tur ərzində cəmi 3 heç-heçə edib 5 məğlubiyyətə üzülən komanda 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb. Bolu təmsilçisi növbəti matçını sabah səfərdə "Akhisarspor"a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest