UEFA Millətlər Liqasının qrup mərhələsinin altıncı turunda Azərbaycan millisi ilə qarşılaşacaq Lüksemburq yığması Portuqaliya və İtaliya ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib.
 
Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Luk Holts keçirdiyi mətbuat konfransında bildirib.
 
51 yaşlı mütəxəssisin sözlərinə görə, federasiya daha əlverişli rəqibə üstünlük verib. Holtsun sözlərinə görə, yoldaşlıq görüşü üçün onlara Portuqaliya və İtaliya tərəfi müraciət edib: "Bu komandalara qarşı boş tribunalarda oynamaq bütün ölkəni məyus edərdi".
 
Qeyd edək ki, Lüksemburq millisi noyabrın 11-də evdə Avstriya ilə yoldaşlıq görüşü keçirəcək. Komanda noyabrın 14-də səfərdə Kiprlə, noyabrın 17-də isə evdə Azərbaycan yığması ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest