Almaniya Bundesliqasının XV turunda "Herta"nı qəbul edən "Ştutqart" Mario Qomesin dublu sayəsində rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, meydan sahibləri bu qalibiyyətə sevinə bilməyib.

çünki "Ştutqart"ın yarımmüdafiəçisi Kristian Gentnerin atası Herbert Gentner qarşılaşmadan dərhal sonra vəfat edib. Oyunu tribunadan izləyən ata Gentner final fitindən az sonra ürəktutmasından dünyasını dəyişib. Bundan xəbərsiz yerli mətbuata açıqlamasında qələbə sevincini bölüşən Kristian acı xəbəri paltardəyişmə otağına gələn qardaşından alıb.

Bu hadisədən sonra "Ştutqart" klubun rəsmi saytı vasitəsilə yas elan edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest