Futbol üzrə Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti oyununa çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Ural"la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Ufa" 14 oyuna topladığı 7 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest