Futbol üzrə İtaliya A Seriyasında oktyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, ayın ən yaxşısı "Milan"ın isveçli hücumçusu Zlatan İbrahimoviç seçilib.
 
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. 39 yaşlı veteran futbolçu oktyabr ayında "İnter", "Roma" və "Udineze"yə qarşı keçirdiyi oyunlarda 5 qola imza atıb.
 
Qeyd edək ki, İbrahimoviçin liderliyində bu mövsüm inamlı çıxışı ilə diqqət çəkən "Milan" hazırda A Seriyasında liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest