Futbol üzrə İngiltərə Premyer Liqasında 8-ci tura start verilib.
Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Turun açılış matçında "Brayton" "Bernli" ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb. "Sauthempton" isə "Nyukasl"la üz-üzə gəlib və rəqibini məğlub yola salıb.
İngiltərə Premyer Liqası
8-ci tur
6 noyabr
Brayton – Bernli 0:0
Sauthempton – Nyukasl 2:0
Qol: Adams, 7. Armstronq, 82.
7 noyabr
16:30 Everton – Mançester Yunayted
19:00 Kristal Pelas – Lids
21:30 çelsi – Şeffild Yunayted
00:00 Vest Hem – Fulhem
8 noyabr
16:00 Vest Bromviç – Tottenhem
18:00 Lester – Vulverhempton
20:30 Mançester Siti – Liverpul
23:15 Arsenal – Aston Villa