Futzal üzrə Yüksək Liqada mübarizə aparan "Neftçi" İK-da baş məşqçi dəyişikliyi olub. Matç.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, İlqar Aslanov vəzifəsindən ayrılıb.

Onun postundan getməsində ötən turda EKOL-a 0:7 hesablı məğlubiyyət səbəb olub. Aslanovu təcrübəli mütəxəssis Hacıbala Abdullazadə əvəzləyib. Yeni baş məşqçi debüt matçını "Liman"a qarşı keçirib.

Qeyd edək ki, Hacıbala Abdullazadə hazırda milli komandanın məşqçisi kimi də fəaliyyətini davam etdirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest