"Qarşılaşmadan öncə komandanı məlumatlandırmışdıq ki, səhv eləmək olmaz. Həm kollektiv şəkildə hücum etməli, həm də komanda şəklində müdafiə olunmalı idik. Bütün bunların detallarını futbolçulara aşılamışdıq".

"Kubok oyunu fərqli olur. çünki burda rəqiblə duel iki matçdan ibarətdi". Matç.az "Qəbələ"nin rəsmi saytına istinadən məlumatına görə, bunu komandanın baş məşqçisi Sənan Qurbanov deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sabah"ı qəbul edən "qırmızı-qralar" 1:0 hesablı qələbəyə seviniblər.

Qurbanov oyunsonrası mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: "Qarşılaşmadan öncə komandanı məlumatlandırmışdıq ki, səhv eləmək olmaz. Həm kollektiv şəkildə hücum etməli, həm də komanda şəklində müdafiə olunmalı idik. Bütün bunların detallarını futbolçulara aşılamışdıq. Bunun müəyyən hissələri alınsa da, tam şəkildə meydanda görmədim. Komanda halında müdafiə olunarkən müəyyən çatışmazlıqlar oldu. Nəticədə qapımız önündə təhlükələr yarandı. Hərçənd bilirdik ki, rəqib əks-hücumlarda təhlükəli epizodlar yarada bilər. Təəssüflər olsun ki, bununla bağlı verilən tapşırıqlar yerinə yetirilmədi. Amma bizim də qol imkanlarımız oldu. Həmin epizodları qola çevirsəydik, fərqli oyun ola bilərdi. Komanda qol imkanını qaçıranda psixoloji təsir edir. Sevindiricidi ki, evdə qol buraxmadan qalib gəldik. Cavab görüşünə daha ciddi hazırlaşacağıq ki, həmin səhvlər təkrarlanmasın".

38 yaşlı mütəxəssis futbolçulardan razı qaldığını söyləyib: "Rauf Əliyevin oyunundan razı qaldım, diqqətlidi, verilən tapşırıqları yerinə yetirməyə çalışır. Qismət Alıyev də verilən tapşırıqları düzgün yerinə yetirən futbolçulardandı".

Gənc mütəxəssis sonda yarımfinal şansları barədə fikrini də bildirib: "Sabah" çox yaxşı komandadı. İlk oyundan sonra yarımfinal şanslarını yenə bərabər qiymətləndirirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest