Portuqaliya Sequndasında XIII turun oyunları keçirilir. Matç.az saytının məlumatına görə, Azərbaycanın gənclər yığmasının hücumçusu Renat Dadaşov üçün bu tur uğurlu alınıb.

Gənc forvardın formasını geyindiyi "Eştoril" doğma azarkeşləri önündə "Farense"ni qəbul edib. Ev sahibləri 3 xalı 1 qolla əldə ediblər. Start heyətində meydana daxil olan və oyunu əvəz edilmədən keçirən Dadaşov əvvəlcə 68-ci dəqiqədə sarı vərəqə alsa da, 87-ci dəqiqədə komandasına qələbə qazandıran qolun müəllifi olub - 1:0.

Bu qalibiyyət sayəsində xallarının sayını 26-ya çatdıran "Eştoril" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest