"çelsi"nin kapitanı Eden Azar "Real"a keçmək arzusunu növbəti dəfə bəyan edib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, belçikalı superulduz bunun tezliklə baş verəcəyini istisna etməyib.

Azar "kral klubu"nda oynamağın ən böyük arzusu olduğunu söyləyib: "Dünya çempionatından sonra dəyişikliyin vaxtı olduğunu demişdim. çünki böyük bir turnirdən çıxmışdım. İndi yaxşı formadayam. "Real" dünyanın ən güclü klubudu. Yalan danışmayacam, uşaqlıqdan ən böyük arzum bu komandada oynamaqdı. İndi bu barədə danışmağa vaxtım yoxdu. Ancaq tezliklə gələcəyim barədə fikirləşəcəm. Əgər sənin bir xəyalın varsa, onu reallaşdırmağı arzulayırsan. Bəzən yuxudan oyananda getmək, bəzən isə qalmaq ağlımdan keçir. İndi deyə bilmərəm ki, "çelsi" ilə yeni müqavilə bağlayacam. Görək, necə olacaq".

Qeyd edək ki, Eden Azar 2012-ci ildən "çelsi"nin şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest