"çətin oyun olacağını gözləyirdik. Ağır səfərdən qayıtmışdıq və yorğunluq hiss olunurdu". Matç.az saytının məlumatına görə, bu sözlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova məxsusdu.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşündə "Keşlə"ni qəbul edən ağdamlılar minimal hesabla (1:0) qalib gəliblər.

Oyunsonrası mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: "Həm nəticədən, həm də oyundan razı qaldım. Futbolçular həm toplu, həm də topsuz yaxşı oynamağa çalışdılar. Son görüşü çıxsaq, bu komandaya qarşı həmişə çətin oynamışıq. Rəqib kubok matçlarında çox uğurlu çıxış edir. Bu gün də bunun şahidi olduq. çempionat və kubok oyunları tam fərqli olur. 1:0 qələbədi, amma cavab matçında daha diqqətli olmalı və mübarizə aparmalıyıq. Futbolçuları təbrik edirəm. 3 gün vaxtımız var və çalışacağıq ki hazır olaq".

- Adətən 5-li müdafiə ilə çıxış edən "Keşlə" bu gün 4 müdafiəçi ilə oynayırdı. Gözlənilməz olmadı?

- Bu gün gözləyirdim ki, 4 müdafiədə çıxış etsinlər. Tərlan Əhmədov buna üstünlük verir. Dünən müzakirələrimiz olmuşdu. Ancaq tam əmin deyildik. Ola bilərdi ki, səfər oyununa görə 5-li müdafiədə çıxış etsinlər. Daha çox buna hazırlaşmışdıq.

- Cavab matçı bərbad vəziyyətdə olan süni örtüklü meydançada keçiriləcək...

- Həqiqətən də, orda oynamaq futbolçular üçün o qədər də xoş olmur. Amma indi mübarizədən çəkinməli deyilik. Belə matçlarda zədələrə görə narahat olmuşam həmişə. Alternativ yoxdu, nəsə dəyişən deyil. Futbolçular o çətinliyi göz önünə gətirib daha yaxşı hazırlaşmalıdılar.

- Kubok oyunlarında mübarizə daha gərgin olur. Bunu "çemodan" əhval-ruhiyyəsi ilə bağlamaq olarmı?

- Bəlkə də, ola bilər. İlk dövrədə bu rəqiblə 1:1 etmişdik. çətin oyun gözləyirdik. Digər görüşlərdə deməzdim ki, "çemodan" əhval-ruhiyyəsi var. Hər bir komanda nəticə qazanmağa çalışır. Dünən "Neftçi" – "Sumqayıt" oyunu da çox ağır keçmişdi. Cavab oyunları var. Onlarda artıq komandalar bütün güclərini ortaya qoymalıdılar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest