Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Lyublyanadakı "Steyiçe" stadionunda keçiriləcək Sloveniya ilə yoxlama oyunu öncəsi fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, italyan mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Hamını bu böyük gün, qələbə münasibətilə təbrik edirəm. Azərbaycan xalqı bu səhər yuxudan artıq qalib xalq kimi oyanıb. Nəhayət, 30 illik münaqişəyə son qoyulur. Azərbaycan xalqına ən səmimi arzularımı çatdırıram. Sabahkı oyunda daha çox yeni cəlb etdiyimiz oyunçulara şans verəcəyəm. Oyuna yaxşı hazırlaşmaq üçün yetərli vaxtımız olmayıb. Toplanışa dəvət olunan futbolçularla bərpa məşqləri keçmək imkanımız olub. Bütün oyunlar bizim üçün vacibdir. Sabah da qalib gəlmək üçün mübarizə aparacağıq.
 
Hər zaman demişəm, millinin qapısı hər bir futbolçunun üzünə açıqdır. Kim özünü yaxşı tərəfdən göstərsə, dəvət alacaq. Kim verilən şansdan istifadə edə bilməsə, özünü doğrultmasa, millinin qapısı üzünə bağlana bilər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest