Türkiyənin "Gənclərbirliyi" klubu baş məşqçisi Mert Nobre ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə Nobre ilə yanaşı, onun köməkçiləri ilə də qarşılıqlı razılıq əsasına yollar ayrılıb.
 
Qeyd edək ki, Nobre futbolçu karyerasına məhz "Gənclərbirliyi"ndə son verib. O, mövsümün əvvəlindən etibarən bu komandanı çalışdıdırdı. Nobrenin baş məşqçi kimi ilk işi uğursuz alınıb. Paytaxt klubu onun rəhbərliyi altında keçirdiyi 7 oyunda cəmi 1 qələbə qazanıb və 5 xalla 19-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest