"Atletiko"nun müdafiəçisi Filipe Luis Milan klublarını üz-üzə qoyub. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "İnter" və "Milan" Braziliya millisinin üzvünü transfer etmək niyyətindədi.

"Atletiko" rəhbərliyi digər yaşlı oyunçular kimi, Luisə də 1 illik yeni müqavilə təklif edib. Lakin 33 yaşlı oyunçu bundan məmnun deyil. Bu səbəbdən o, yanvarda təklifləri dəyərləndirməyə başlayacaq. Futbolçunun madridlilərlə müqavilə müddəti cari mövsümün sonuna qədər olduğundan, o, gələn aydan istənilən klubla ilkin müqavilə bağlaya bilər. Həm "İnter", həm də "Milan" indidən cinah oyunçusunun keçidini həll etmək üçün "savaşır".

Qeyd edək ki, Filipe Luis bu mövsüm 13 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest