İngiltərə Futbol Federasiyasının prezidenti Qreq Klark istefa verib.
 
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
 
63 yaşlı Klarkın istefasına Parlamentdə təşkil olunan tədbir zamanı cinsi azlıq nümayəndəsi olan futbolçuların peşəkar liqalarda üzləşdiyi çətinliklərlə bağlı danışarkən irqçi ifadə işlətməsi səbəb olub. öncə millət vəkillərindən gələn, daha sonra isə cəmiyyətdə artan etirazlar səbəbindən Klark postundan ayrılmağa qərar verib.
 
Federasiyanın yaydığı məlumata görə, bundan sonra quruma müvəqqəti olaraq Peter Makkormik rəhbərlik edəcək.
 
Qreq Klark 2016-cı ildən İngiltərə futboluna rəhbərlik edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest