İtaliya Futbol Federasiyası "Roma" və "Napoli" klublarının şikayəti ilə bağlı qərarlarını açıqlayıb.
 
Matc.az xəbər verir ki, qurum bu klubların şikayətini təmin etməyib.
 
"Roma" A Seriyasının 1-ci turu çərçivəsində qarşılaşdığı "Verona" ilə oyuna görə verilmiş texniki məğlubiyyətin ləğvini istəyirdi. Yarımmüdafiəçi Amadu Diavaranı mövsümün startı ərəfəsində düzgün qeydiyyatdan keçirmədən meydana buraxan kluba buna görə texniki məğlubiyyət verilmişdi.
 
"Napoli" isə 3-cü tur çərçivəsində qarşılaşmalı olduğu "Yuventus"la səfər matçına çıxmadığı üçün verilmiş texniki məğlubiyyətdən şikayətçi idi. Lakin federasiya Neapol klubunu da haqsız hesab edib.
 
Xatırladaq ki, "Napoli" Turindəki həmin oyuna koronavirusla əlaqədar yollana bilməmişdi. Oktyabrın 4-də keçirilməli olan həmin görüşdə "Yuventus" futbolçuları hətta meydana çıxmış və bir hissə gözləmişdilər. "Napoli"yə buna görə texniki məğlubiyyət verilməklə yanaşı, hesabından da bir xal silinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest